anadangəlmə paltarında (çılpaq, lüt)

in Adam’s / Eve suit / in one’s birthday suit / in the buff / in the raw / in a state of nature / in the altogether / in a state of nature / in nature’s garb / in buff / in one’s birthday suit (naked, nude body) в костюме Адама (нагишом, без всякой одежды, о мужчине) / в костюме Евы (о женщине) / в натуре (нагишом)
anadangəlmə oxuyan / aktyor
analar necə oğullar doğub!, gör analar necə oğullar doğub!
OBASTAN VİKİ
Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.
Anadangəlmə immun sistemi
Anadangəlmə immun sistemi — Anadangəlmə (qeyri-spesifik, təbii) immunitet genetik olaraq hər bir bioloji canlı növünə mənsubdur (quyruğun olması və şaquli gəzmək kimi) və irsi olaraq nəsildən nəslə ötürülür. Məhz buna görə, insan heç bir halda, məsələn, it taunu, it isə qonoreya ilə xəstələnə bilməz. Təbii immunitetin fəaliyyəti bir çox müxtəlif mexanizmlər hesabına təmin edilir.Dəri – həm bakteriyalar, həm viruslar, həm göbələklər və həm də digər yad cisimlər üçün demək olar ki, rəfedilməz maneə hesab olunur. Dərini möhkəm divar ilə də müqayisə etmək olar. Məhz buna görə əksər hallarda biz orqanizmimizin yad mikroorqanizmlərlə "görüşünü" sadəcə olaraq hiss etmirik. Onlar ya sadəcə olaraq dərini keçə bilmir, ya da dəridə məhv olurlar. Tər, piy və göz yaşı vəziləri əksər patogen bakteriyalar üçün məhvedici təsirə malik olan xüsusi qoruyucu maddələr ifraz edirlər. Orqanizmin selikli qişaları (burun-udlağın, bronxların, mədə-bağırsağın) – "düşmənlərlə" mübarizənin ön cəbhəsidir. Selikli qişaların sahəsi orqanizmdə təxminən 400 m² təşkil edir. Onlar xarici mühitdəki zərərli mikroorqanizmlərə öldürücü təsir edən "lizosim" adlı maddə ifraz edirlər.
Uzanmış çılpaq
Uzanmış çılpaq (fr. Nu Couché) — italyan rəssamı Amadeo Modilyaninin 1917–1918-ci illərdə çəkdiyi rəsm əsəri. Dünyanın ən çox sərgilənən rəsm əsərlərindən biri sayılır. Bu rəsm əsəri hazırda dünyanın ən bahalı rəsm əsərlərinin siyahısında doqquzuncu yeri tutur. 9 noyabr 2015-ci ildə "Uzanmış çılpaq" əsəri Nyu-Yorkdakı "Kristis" hərracında 170,405,000 ABŞ dollarına satılıb. Rəsm əsərini çinli milyarder Liu Yiqian alıb.
Çılpaq Maxa
Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir. Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır.
Çılpaq Maya

Çılpaq atşabalıdı
Çılpaq atşabalıdı (lat. Aesculus glabra) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. Şimali Amerikanın şərqində meşələrdə yayılmışdır. Mədəni şəraitdə 1809-cu ildən becərilir. Avropa, Orta Asiyanın və Şimali Amerikanın botanika bağlarında yayılmışdır. Hündürlüyü 10 (20) m-ə catan, yarpağı tökülən, dekorativ ağacdır. Çətiri gözəl yarpaqlı və özünəməxsus yumşaq iynəli, çıxıntılı meyvəlidir. Ləçəklərinin sarımtıl, meyvə səthinin kələ-kötür olması ilə fərqlənir. Yarpaqları növbəli və ya qarşı-qarşıya düzülməklə lələkvari, ikiqat lələkvari, üçyarpaqlı və ya sadədir. Əsasən birevlidir.
Çılpaq biyan
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü. Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır.
Çılpaq bugenvilleya
Çılpaq bugenvilleya (lat. Bougainvillea glabra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinin bugenvilleya cinsinə aid bitki növü.
Çılpaq bənövşə
Çılpaq bənövşə (lat. Viola epipsila) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Çoxillik bitkidir. Hündürlüyü 8-15 sm olur. Yarpaqları azacıq dairəvidir. Yarpaqların yuxarı hissəsi daha çox hamardır. Çiçəkləri zəif iyli olur və rəngi göyə çalır, ölçüsü isə mahmızla birlikdə 1,5-2 sm olur. May-iyun aylarında çiçəkləyir. Vegetativ yolla çoxalır. Geniş yayılmasına baxmayaraq, çılpaq bənövşə Polşanın Qırmızı kitabına salınıb.
Çılpaq dorema
Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v). Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.
Çılpaq dəmirsəhləb
Çılpaq dəmirsəhləb (lat. Gymnadenia conopsea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dəmirsəhləb cinsinə aid bitki növü. Hündürlüyü 25-60 sm olan, çoxillik bitkidir. Kök yumruları 3-6 bölümlüdür. Gövdəsi əsasından qonur qına bürünmüşdür. Yarpaqları xətvari-neştərşəkilli, ucu sivriləşmiş, eni 2,5 sm-ə qədərdir, yuxarı yarpaqları xırdadır. Çiçək qrupu silindrikdir çoxçiçəkli, uzunluğu 15 sm-ə qədər olan, sıx sünbülcükdür. Çiçək altlığı ellipsvarineştərşəkillidir, sivridir, yuxarıdakılar çiçəkdən qısa, aşağıdakılar isə uzundur. Çiçəkyanlığının yarpaqcıqları uzunsov və yaxud enliyumurtaşəkilli, bənövşəyi-çəhrayı və ya açıq bənövşəyi-qırmızıdır, gözəl ətri var. İyun ayında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Çılpaq gəvən
Çılpaq herniyar
Çılpaq herniyar (lat. Herniaria glabra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin herniyar cinsinə aid bitki növü.
Çılpaq məmurlar
Çılpaq məmurlar (çin sadələşdirilmiş heroqliflərlə裸体官员, pinyin luŏtĭ guānyuán) — ailəsi ölkə hüdudlarından kənarda yaşayan, əmlakı da xaricdə yerləşən və ailə üzvlərinin adına qeydiyyata alınmış dövlət qulluqçularını bildirən Çin neologizmi. ÇXR İctimai Elmlər Akademiyasının qiymətləndirməsinə görə, çinli məmurların təxminən 40%-nin ailəsi və uşaqları Çinin qitədə olan ərazisindən kənarda yaşayır. Əmlakın xaricə köçürülməsi və ailənin də ölkə hüdudlarından kənarda yaşaması məmurun mütləq rüşvətxor olmasının göstəricisi olmasa da, ÇXR hökuməti belə məmurları rüşvətə daha çox meyilli hesab edərək, onlara bəzi yüksək vəzifələri (məsələn, bəzi idarələrin rəisi və rəis müavini vəzifələri) tutmağa qadağan edir. ÇXR-nın Kommersiya Nazirliyinin məlumatlarına görə, 1978–2003-cü illərdə Çindən qaçmış dörd min rüşvətxor məmur ölkədən 50 milyard dollara yaxın vəsait çıxara bilmişlər. Onların əksəriyyəti əvvəlcə ailəsini xaricə göndərir, daha sonra pulları köçürür və özləri dəölkəni tərk edirdilər.
Çılpaq astrakanta
Astragalus denudatus (lat. Astragalus denudatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astracantha denudata (Steven) Podlech Tragacantha denudata (Steven) Steven Astracantha carthlica (Al.Fed., Fed. & Rzazade) Podlech Astracantha marschalliana (Fisch.) Podlech Astracantha talarensis (Širj. & Rech.f.) Podlech Astragalus carthlicus Al.Fed., Fed. & Rzazade Astragalus caspicus f. sharifii (Širj. & Rech.f.) Parsa Astragalus caucasicus M.Bieb. Astragalus erinaceus subsp. sefidrudensis Širj.
Anadangəlmə yod çatışmazlığı sindromu
Anadangəlmə yod çatışmazlığı sindromu — hamiləlik zamanı tez-tez qida ilə kifayət qədər yod qəbul edilməməsi nəticəsində yaranan, tiroid hormonunun çatışmazlığı (hipotireoz) nəticəsində doğuş zamanı yaranan fiziki və əqli inkişafın pozulması ilə müşahidə olunan xəstəlikdir. Bu, anadangəlmə hipotiroidizm adlanan və tarixən kretinizm (köhnəlmiş) olaraq adlandırılan, doğuş zamanı qeyri-aktiv tiroid funksiyasının səbəblərindən biridir. Müalicə edilməzsə, həm fiziki, həm də zehni inkişafın pozulması ilə nəticələnir. Simptomlara guatr, körpələrdə zəif boy artımı, böyüklərin boyunun azalması, dərinin qalınlaşması, saç tökülməsi, genişlənmiş dil, çıxıntılı qarın; uşaqlarda sümüklərin böyüməsinin gecikməsi ; və zehni geriləmə, nevroloji pozğunluqlar, ovulyasiyada problemlər, böyüklərdə sonsuzluq görülür. İnkişaf etmiş ölkələrdə yenidoğulmuşlarda qalxanabənzər vəzinin funksiyasının yoxlanılması təmin etmişdir ki, təsirlənənlərdə tiroid hormonu olan tiroksinlə müalicəyə dərhal başlanılır. Bu müayinə və müalicə faktiki olaraq xəstəliyin nəticələrini aradan qaldırıb. Yod çatışmazlığı guatr adlanan qalxanabənzər vəzinin tədricən genişlənməsinə səbəb olur. Zəif boy artımı həyatın ilk ilində görünür. Müalicəsiz yetkin boy 100 to 160 santimetr (3 ft 3 düym to 5 ft 3 düym) arasında dəyişir şiddətindən, cinsindən və digər genetik faktorlardan asılı olaraq. Digər əlamətlərə dərinin qalınlaşması, saç tökülməsi, dilin böyüməsi və qarın çıxması daxildir.
Çılpaq Maya (şəkil)
Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir. Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır.
Çılpaq dәmir sәhlәbi
Çılpaq dəmirsəhləb (lat. Gymnadenia conopsea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dəmirsəhləb cinsinə aid bitki növü. Hündürlüyü 25-60 sm olan, çoxillik bitkidir. Kök yumruları 3-6 bölümlüdür. Gövdəsi əsasından qonur qına bürünmüşdür. Yarpaqları xətvari-neştərşəkilli, ucu sivriləşmiş, eni 2,5 sm-ə qədərdir, yuxarı yarpaqları xırdadır. Çiçək qrupu silindrikdir çoxçiçəkli, uzunluğu 15 sm-ə qədər olan, sıx sünbülcükdür. Çiçək altlığı ellipsvarineştərşəkillidir, sivridir, yuxarıdakılar çiçəkdən qısa, aşağıdakılar isə uzundur. Çiçəkyanlığının yarpaqcıqları uzunsov və yaxud enliyumurtaşəkilli, bənövşəyi-çəhrayı və ya açıq bənövşəyi-qırmızıdır, gözəl ətri var. İyun ayında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Pilləkənlə enən çılpaq, No. 2
Pilləkənlə enən çılpaq, No.2 (fr. Nu descendant un escalier n° 2, ing. Nude Descending a Staircase, No. 2) — Marsel Düşan tərəfindən 1912-ci ildə çəkilmiş rəsm əsəridir. Əsər əsasən modernizm klassikası kimi qəbul edilir və çəkildiyi dövrdə çox məşhur olmuşdur. 1912-ci ildə Müstəqil rəssamlar Salonunda nümayiş etdirilməmişdən əvvəl bu əsər kubistlər və futuristlər tərəfindən rədd edilmişdir. Buna baxmayaraq, əsər 20 aprel – 10 may 1912-ci il tarixində Barselonadakı J.Dalmau Qalereyalarında keçirilən “Exposició d'Art Cubista” sərgisində həmin qruplardan olan rəssamların əsərləri ilə bir yerdə sərgilənmiş, 1913-cü ildə Nyu-Yorkda keçirilən “Arsenal sərgisi” zamanı isə böyük marağa səbəb olmuşdur. Əsər Giyom Apollinerin 1913-cü ildə nəşr edilmiş “Les Peintres Cubistes, Méditations Esthétiques” kitabına daxil edilmişdir. “Pilləkənlə enən çılpaq” əsəri Luiza və Volter Arensberqlərin kolleksiyasının tərkib hissəsi kimi Filadelfiya Sənət Muzeyində sərgilənir. Yağlı boya ilə 147 sm × 89.2 sm (57.9 in × 35.1 in) ölçülü kətan üzərində çəkilmiş əsər portret janrındadır.